Vahid Əhmədov: "Taxıl istehsalına diqqəti artırmaq lazımdır"

Vahid Əhmədov: "Taxıl istehsalına diqqəti artırmaq lazımdır"

"Ərzaq məhsullarının bir qismi yerli istehsaldırsa, müəyyən hissəsi xaricdən idxal olunur". Bunu SİA-ya açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, birinci növbədə ərzaq təhlükəsizliyini tam təmin etmək üçün taxıl istehsalına diqqəti artırmaq lazımdır. Azərbaycan özü taxılı idxal və ixrac edir. Qarşıya qoyulan məqsədlər həll yolunu tapa bilərsə ərzaq təhlükəsizliyi tam təmin oluna bilər. Ümumiyyətlə, ərzaq təhlükəsizliyinin təmin edilməsi bütün dövlətlər, o cümlədən Azərbaycan üçün ən əhəmiyyətli, vacib məsələlərdən biridir. İkinci ən təhlükəli problem geni dəyişdirilmiş məhsulların Azərbaycana idxal olunması, həmçinin burada istehsalın yayılmasıdır. Bu məhsulların Azərbaycana gətirilməsinin qarşısını almaq lazımdır".

Vahid Əhmədov onu da qeyd edib ki, kənd təsərrüfatının inkişafı üçün iri fermer təsərrüfatlarının yaradılmasına ehtiyac var: "Beyləqanda da belə bir fermer təsərrüfatı yaradılıb. Kənd təsərrüfatında emal sənayesinin inkişafı da olduqca vacibdir. Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında" Qanun təsdiqlənib. Bu sərəncamın verilməsində əsas məqsəd, ərzaq təhlükəsizliyi proqramının həyata keçirilməsi üçün mühitin yaradılması, o cümlədən Azərbaycan özünün bütün kənd təsərrüfatı məhsullar ilə təmin edə bilməsi məsələsidir. Bu güzəştlər artıq neçə illərdir ki, tətbiq olunur və bu məsələ təqdirəlayiqdir. Edilən güzəştlər şərait yaradır ki, kəndlilər daxili və xarici bazara daha çox məhsul çıxara bilsin".

Bütün xəbərlər Facebook səhifəmizdə