Azər Badamov: "Gürcüstan-Azərbaycan əlaqələri beynəlxalq əhəmiyyətə malikdir"

Azər Badamov: "Gürcüstan-Azərbaycan əlaqələri beynəlxalq əhəmiyyətə malikdir"

"Azərbaycan və Gürcüstan arasındakı əlaqələrin tarixi kökləri var". Bunu SİA-ya açıqlamasında milət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, əsrlərdir ki, gürcü və Azərbaycan xalqı mədəni əlaqələr çərçivəsində yaşayıb: "Bu iki dövlət arasında dostluq münasibətləri həmçinin, ikitərəfli tərəfdaşlıq beynəlxalq arenada özünü göstərir. Azərbaycanın neft və qaz kəmərləri Gürcüstan ərazisindən keçir. Bu günə qədər Gürcüstan və Azərbaycan ərazisindəki layihələr təhlükəsizlik şəraitində həyata keçirilib və heç bir problem yaşanmayıb. Eyni zamanda Bakı-Tbilis-Qars dəmiryolu kimi böyük layihənin çəkilişi bu ərazidən keçir".

Azər Badamov onu da qeyd edib ki, iqtisadi əlaqələrimizlə yanaşı, siyasi münasibətlərimiz də çox yüksək səviyyədədir: "Qarşılıqlı səfərlər mütəmadi qaydada həyata keçirilir. Azərbaycan və Gürcüstan arasında olan mal dövriyyəsi, ticarət əlaqələri sürətlə artır. Bir sözlə Gürcüstan-Azərbaycan əlaqələri beynəlxalq əhəmiyyətə malikdir".

Bütün xəbərlər Facebook səhifəmizdə