"Azəriqaz" İB: "Çoxmərtəbəli binanın qazlaşdırılması üçün mütləq sahibkar müraciət etməlidir" Şərt

"Azəriqaz" İB: "Çoxmərtəbəli binanın qazlaşdırılması üçün mütləq sahibkar müraciət etməlidir" Şərt

"Çoxmərtəbəli binanın qazlaşdırılması üçün fərdi qaydada deyil, mütləqdir ki, binanın sahibi tərəfindən müraciət edilsin". Bunu SİA-ya açıqlamasında "Azəriqaz" İB-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Araz Ağayev deyib.

Onun sözlərinə görə, yeni binaların mavi yanacaqla təmin olunması üçün mənzil tikinti kooperativinin sahibi tərəfindən müvafiq sənədlər toplanaraq "Azəriqaz" İB-yə müraciət olunmalıdır: "Bu sənədlərə layihə-smeta sənədlərinin əsli, tikinti işlərini aparmış şirkətin lisenziyasının surəti, daxili və xarici qaz kəmərlərinin pasportları və istismara qəbul aktları, məişət qaz sayğaclarının mənzillər üzrə siyahısı daxildir. Bu sənədlər İB-yə təqdim olunduqdan sonra, bina bütün texniki təhlükəsizlik tələblərinə cavab verirsə, bizim tərəfimizdən ən qısa müddətdə mənzillər mavi yanacaqla təmin olunacaq".

Binanın qazlaşdırılması prosesində sahibkarların maraqlı tərəf kimi çıxış etməsi məsələsinə gəlincə isə şöbə rəisi bildirib ki, məsələ ilə bağlı İB-nə daxil olan bütün müraciətlər araşdırılır və təhlükəsizlik qaydalarına cavab verən bina təbii qazla təmin olunur.

Qeyd edək ki, 2013-cü ildə 149, cari ilin yanvar ayında isə 14 çoxmərtəbəli bina mavi yanacaqla təmin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə