Elman Rüstəmov: "Azərbaycanın istənilən şokları qarşılamağa imkan verən valyuta ehtiyatları var"

Elman Rüstəmov: "Azərbaycanın istənilən şokları qarşılamağa imkan verən valyuta ehtiyatları var"

"2013-cü ildə ölkənin xarici iqtisadi mövqeyi daha da möhkəmlənib, ilkin qiymətləndirməyə görə ixracın həcmi 30 mlrd. ABŞ dollarını, tədiyə balansının cari hesabında profisit isə 10 mlrd. ABŞ dollarını ötüb". SİA-nın xəbərinə görə, Mərkəzi Bankın sədri Elman Rüstəmov Bankın İdarə Heyətinin iclasında çıxışı zamanı belə deyib.

Onun sözlərinə görə, milli iqtisadiyyat istənilən şokları qarşılamağa imkan verən valyuta ehtiyatlarına malikdir: "Strateji valyuta ehtiyatları 50 mlrd. ABŞ dollarını ötüb və ehtiyatların həcmi ÜDM-in 70%-nə ekvivalentdir. Ötən il ölkə iqtisadiyyatı 5.8% artım nümayiş etdiri. Qeyri-neft iqtisadiyyatında artım 10% təşkil edib. Mərkəzi Bank da ölkədə gedən möhtəşəm quruculuq və inkişaf strategiyasının reallaşmasında fəal iştirak etmək məqsədilə iqtisadi tsiklə adekvat olaraq pul siyasətinin stabilləşdirici və təşviqedici imkanlarından istifadə edərək öz siyasətini tarazlı inkişafın vacib şərtləri olan makroiqtisadi və maliyyə sabitliyinin təmin olunmasına yönəltməklə 2013-cü ildə aşağı inflyasiya, sabit məzənnə, bank-maliyyə sektorunda dayanıqlıq kimi mühüm hədəflərə nail olub, ölkədə maliyyə vasitəçiliyi genişlənib və şaxələnib. 2013-cü ildə orta illik inflyasiya Mərkəzi Bankın hədəflədiyi diapazonun ortadan aşağı həddində - yəni 2.4% olub".

Bütün xəbərlər Facebook səhifəmizdə