Qazaxıstan Azərbaycana ixrac etdiyi taxılın qiymətini qaldırıb

Qazaxıstan Azərbaycana ixrac etdiyi taxılın qiymətini qaldırıb

Qazaxıstan Azərbaycana ixrac etdiyi taxılın qiymətini qaldırıb. SİA-nın bölgə müxbirinin xəbərinə görə, bu barədə məlumatı Gəncədə un istehsalı ilə məşğul olan sahibkarlar verib. Onların sözlərinə görə, ötən ilin sonlarında Qazaxıstandan alınan taxılın bir tonu 250 dollar idisə, son bir ayda bu qiymət 30 dollar artaraq 280-ə çatıb.

Qazaxıstandan alınan taxılın qiymətinin bahalaşmasına səbəb həmin ölkədə dəmiryolu xərclərinin artmasıdır. Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üzrə İdarənin açıqlamasında isə bildirib ki, fondun taxıl idxal etdiyi ölkələrlə bağladığı müqavilələrdə taxılın bir tonu 250 dollar təşkil edir və müqavilənin müddəti bitənə kimi məhsul bu qiymətə gətirilir. Müqaviləyə əsasən 500 min ton taxıl alınmalıdır. İndiyə qədər isə 350 min ton taxıl gətirilib.

İlham Məmmədov, Gəncə

Bütün xəbərlər Facebook səhifəmizdə