Tahir Rzayev: “Davos iqtisadi forumu gələcək layihələrin reallaşdırılması üçün əhəmiyyətlidir”
"Davos İqtisadi Forumunda başlıca cəhət Azərbaycanın gördüyü tədbirləri və əlverişli iqtisadi məkan olmasını bütün dünyaya çatdırmaqdır". Bunu SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib. O bildirib ki, Azərbaycan iqtisadiyyatı güclü olan və inkişaf edən bir dövlətdir: "Ölkəmiz təbii ehtiyatlarla, yeraltı və yerüstü sərvətlərlə zəngindir. Azərbaycan irimiqyaslı, qlobal layihələr həyata keçirir. Bu layihələr vasitəsi ilə bir sıra xarici ölkələrin diqqəti Azərbaycana yönəlib".
Tahir Rzayev qeyd edib ki, Prezident İlham Əliyev Davos İqtisadi Forumunda dövlət başçıları ilə fərdi olaraq görüşür və əməkdaşlıq edir: "Azərbaycan öz qapısını sərmayədarlara, investorlara açıb. Bu gün ölkəmiz bütün dünya ölkələri ilə yaxından əməkdaşlıq etmək istəyir. Bu forum gələcək layihələrin reallaşdırılması və inkişaf etmiş dövlətlərlə əməkdaşlıq üçün olduqca əhəmiyyətlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB