Zahid Oruc: "Davosdakı görüşlər Azərbaycanın siyasi və iqtisadi gələcəyinə müsbət təsir göstərir”
"Hər il ənənəvi olaraq Davos iqtisadi forumu keçirilir". Bunu SİA-ya açıqlamasında millət vəkili Zahid Oruc deyib. Onun sözlərinə görə, bu forum dünyada aparıcı iqtisadi korporasiyaları, böyük dövlətlərin mühüm proqramlarını və onların baxışlarını özündə əhatə edir: "Bu forum strateji fikirlərin səsləndirildiyi və əhəmiyyət daşıdığı bir məkandır. Bu baxımdan ölkə başçısı İlham Əliyevin həmin tədbirlərdə ənənəvi olaraq iştirakı, dünyada gedən əsas aparıcı tendensiyalar və onları qiymətləndirmək bacarığının olması mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda bu forum Azərbaycanın baxışlarını təqdim etməyə imkan yaradır. Bir sözlə, ölkə başçısı İlham Əliyevin Davos iqtisadi forumunda iştirak edən dövlət başçıları eyni zamanda, İranın Prezidenti ilə fərdi görüşləri diqqətəlayiqdir".
Zahid Oruc qeyd edib ki, Davos iqtisadi formunda Prezident İlham Əliyevin "Avrasiya - yeni sərhədlər" mövzusunda keçirilən sessiyada çıxış etməsi və müxtəlif sualları cavablandırması mühüm əhəmiyyət kəsb edir: "Cənubi Qafqaz bu gün Orta Asiya və Avropa münasibətləri üçün açar rolunu oynayır. Azərbaycanın irimiqyaslı layihələr həyata keçirmək potensialı imkan verir ki, digər dövlətlərdə bu layihələrə qoşulsunlar. Əldə edilən siyasi və iqtisadi uğurlar nəticəsində bu gün Azərbaycan digər dövlətlər arasında seçilir və öz əhəmiyyətini qoruyub saxlayır. Davosdakı görüşlər Azərbaycanın siyasi və iqtisadi gələcəyinə müsbət təsir göstərir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB