Ötən il Azərbaycanda 9048,1 km uzunluğunda yeni qaz kəmərləri çəkilib

Ötən il Azərbaycanda 9048,1 km uzunluğunda yeni qaz kəmərləri çəkilib

"2013-cü ildə qaz infrastrukturunun nəqletmə imkanlarının artırılması məqsədi ilə ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi tərəfindən 9048,1 kilometr uzunluğunda yeni qaz kəmərləri çəkilib. ARDNŞ-dən SİA-ya verilən məlumata görə, bu, indiyədək qeydə alınmış ən yüksək göstəricidir. Qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 1774,7 kilometrlik qaz kəmərləri əsaslı təmir olunub.

Ötən il istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə 1560 ədəd qaztənzimləyici və 1071 ədəd müxtəlif diametrli siyirtmə də quraşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə