QKDK-da vətəndaşların video-qəbulu mexanizmi istifadəyə verilib

QKDK-da vətəndaşların video-qəbulu mexanizmi istifadəyə verilib

Bu gündən etibarən Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) vətəndaşların müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi, eləcə də vətəndaşlar arasında daha operativ və səmərəli münasibətlərin qurulması məqsədilə vətəndaşların video-qəbulu mexanizmi istifadəyə verilib.

Komitənin İctimaiyyətlə əlaqələr sektorundan SİA-ya verilən məlumata görə, bu məqsədlə "Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində vətəndaşların qəbulu" daxili Qaydalarına müvafiq dəyişikliklər edilib, o cümlədən "Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində vətəndaşların video-qəbulu barədə təlimat" təsdiq edilib və zəruri texniki işlər həyata keçirilib.

QKDK-nın səlahiyyətli şəxsinin qəbulunda olmaq istəyən hər bir vətəndaş artıq yaşadığı ərazini tərk etmədən Komitənin rəsmi internet saytı vasitəsilə müraciət edərək video-əlaqə yarada biləcək.

Ümumilikdə QKDK-da vətəndaşların müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması məsələlərinə Komitədə uğurla tətbiq edilən strateji planlama çərçivəsində yanaşılır və aidiyyəti struktur bölm

Bütün xəbərlər Facebook səhifəmizdə