Keçmiş SSRİ Əmanət Bankında əmanətləri olan vətəndaşların NƏZƏRİNƏ
"Azərbaycan prezidenti İlham Əliyev 2012-ci il martın 14-də "Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında" fərmanına əsasən başlanılan fərdi birdəfəlik ödəmələrin verilməsi prosesi 2013-cü ilin 31 dekabrında başa çatır". SİA-nın məlumatına görə, bu fikirləri Maliyyə Nazirliyinin nəzdində yaradılmış Xüsusi Komissiyanın sədri, Maliyyə Nazirliyi Dövlət Borcunun İdarə Edilməsi Agentliyinin direktoru Razim Vəliyev bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan vətəndaşları olan əmanətçilərinin müraciətləri əsasında 1.622.345 əmanət hesabı üzrə 597.320.420.74 manat məbləğində vəsait ödənilib. Ancaq bu günə kimi təxminən 1 380 əmanətçi var ki, onlar gəlib öz vəsaitlərini götürməlidir: "Komissiya yarandığı gündən 106 iclas keçirərək fərdi birdəfəlik ödəmələrin verilməsi zamanı yaranmış mübahisəli məsələlərə baxaraq müvafiq qərar qəbul edib. Xüsusi Komissiyanın qərarı əsasında 108.176 əmanət hesabına münasibətdə itirilmiş və ya təqdim olunmaq üçün yararsız vəziyyətə düşən əmanət kitabçasını əvəz edən sənəd verilib və ödəmələr həyata keçirilib. Eyni zamanda xüsusi komissiyaya daxil olan 5000-ə yaxın ərizə 1200-ə yaxın elektron müraciət, komissiyanın "qaynar xətti"nə daxil olan daxil olan 30000 mindən çox müraciət operativ şəkildə araşdırılaraq, cavablandırılıb".
R.Vəliyev həmçinin bəyan edib ki, SSRİ dövründən qalan bank əmanətlərinin qaytarılması problemi ilə bağlı Azərbaycanda MDB ölkələri arasında ən irihəcmli və çevik mexanizm tətbiq edilib. Belə ki, Azərbaycanda hər 1 000 rubla görə təxminən 190 dollar ödənilib və bundan əlavə müraciətə baxılma və verilmə müddətləri də çox qısa olub.
R.Vəliyev vurğulayıb ki, Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi prosesi 2013-cü ilin 31 dekabrında başa çatır: "Bu tarixdən sonra edilən müraciətlərə baxılmayacaq. Eyni zamanda vətəndaşların diqqətinə çatdırım ki, qeyd edilən tarixdən sonra əmanətlərdə geri qaytarılmayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB