"Azərbaycan dünyanın təhlükəsizlik təminatçısı kimi çıxış edən ölkədir" Münasibət
"Ulu Öndər Heydər Əliyevin "bir millət iki dövlət" anlayışı Azərbaycan müstəqillik əldə etdikdən sonra bütün sahələrə öz təsirini göstərməkdədir. Azərbaycan Türkiyə dostluğu və dünya müstəvisində strateji əməkdaşlığı bütün sahələrdə öz müsbət nəticələrini göstərir və dünyaya öz töhfələrini verir. Bunun da bariz nümunəsi bir neçə gün bundan əvvəl imzalanan XXI əsrin müqaviləsi adlandırılan "Şahdəniz- 2" layihəsidir". SİA-nın məlumatına görə, bu fikirləri Dini Məsələlər üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov "Şahdəniz 2" layihəsinin yekun investisiya sazişinin imzalanmasının əhəmiyyətindən danışarkən deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi və müəllifliyi ilə həyata keçirilən layihənin imzalanması Azərbaycan mənbə olaraq Türkiyə ilə əsas strateji əməkdaş kimi dünyanın enerji təhlükəsizliyi ilə təmin olunmasına xidmət edəcək: "İstər iqtisadi, istərsə də turizm sahəsində müxtəlif siyasi və hərbi sahələrlə bağlı olan məsələlərdə Azərbaycan dünyanın təhlükəsizlik təminatçısı kimi çıxış edən ölkədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB