Eldar İbrahimov: “Güzəştlərin 2019-cu ilə qədər artırılması kənd təsərrüfatı məhsullarının istehsalçılarına yardım edəcək"
"2001- ci ildən Ulu öndər Heydər Əliyevin imzası ilə kənd təsərrüfatı məhsul istehsalçılarının vergi güzəşti haqqında qanun qəbul olunub. Həmin qanuna əsasən hər 5 ildən və 3 ildən bir kənd təsərrüfatı işçilərinə güzəştlər edilir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, millət vəkili Eldar İbrahimov deyib.
Onun sözlərinə görə, sözügedən vergi müddətinin 5 il, yəni 2019-cu ilə qədər artırılması əlbəttə, kənd təsərrüfatı məhsullarının istehsalçılarına yardım edəcək: "2014-cü ilin dövlət büdcəsindən fermerlərə güzəştli kredit vəsaitlərinin, eyni zamanda, kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq üçün büdcədən əlavə vəsaitlərin ayrılması nəzərdə tutulub. 2001-ci ildən 2012-ci ilə qədər bu güzəştin nəticəsində büdcəyə köçürülməsi nəzərdə tutulan 1 milyard 400 milyon manat vəsait kənd təsərrüfatı istehsalçılarında qalıb. Bu isə onların öz kənd təsərrüfatlarını genişləndirilməsinə yönəldilib. Nəticədə isə kənd təsərrüfatı məhsullarının həcmi 4,4 dəfə artıb. Hesab edirəm ki, 2019-cu ilə qədər bu güzəştlərin artırılması milyardlarla vəsaitin kənd təsərrüfatı məhsullarının istehsalçılarında qalmasına və Azərbaycanda aqrar sahənin inkişafına şərait yaradacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB