Dekabrın 16-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair yanvar müqaviləsinin dəyəri 0,84 dollar və ya 0,9% artaraq 1 barelə görə 97,48 dollar olub. SİA-nın məlumatına görə, dekabrın 16-da ICE London qitələrarası birjasında yanvarda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,64 dollar və ya 1,5% artaraq 110,47 dollar təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB