Lənkəran şəhərinə içməli suyun verilməsində məhdudiyyət olacaq

Lənkəran şəhərinə içməli suyun verilməsində məhdudiyyət olacaq

3 gün müddətində Lənkəran şəhərinə içməli suyun verilməsində məhdudiyyət olacaq. "Azərsu" ASC-dən SİA-ya verilən məlumata görə, Xanbulan su anbarında aparılan yenidənqurma işləri ilə əlaqədar dekabrın 10-12-də Lənkəran şəhəri, Bürcəli, Gərmətük, Kosalar, Yuxarı Nüvədi və Hirkan kəndlərinə içməli suyun verilməsində fasilələr yaranacaq.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə