"2012-ci ildə Səudiyyə Ərəbistanı Kırallığının iqtisadi çəkisi 6,6% artaraq 727 milyard dollar olub". SİA-nın xəbərinə görə, bunu Azərbaycan-Səudiyyə Ərəbistanı Biznes Forumunda çıxış edən Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun sədri Əbdüllətif bin Əhməd Əl-Osman deyib.
Rəsmi bildirib ki, ötən il Krallıqda adam başına düşən gəlir 24 min dollar təşkil edib: "2006-2010-cu illərdə Avropanın kapital axınının 38%-i Səudiyyə Ərəbistanına olub. Ölkəmiz qeyri-neft məhsullarının ixracından 29 milyard dollar, ümumilikdə isə məhsul ixracından 389 milyard dollar gəlir əldə edib. Hazırda Səudiyyə Ərəbistanı Kırallığında orta və xırda sahibkarlara vergi güzəştləri edilib, bəzi gömrük məntəqələrində isə onlardan rüsum alınmır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB