Məlahət İbrahimqızı: “Uşaqların dövlət qayğısına ehtiyacı var”

Məlahət İbrahimqızı: “Uşaqların dövlət qayğısına ehtiyacı var”

"Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan valideynlərini itirən və valideyn himayəsindən məhrum olan şəxslər təhsil haqlarından azaddırlar". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Məlahət İbrahimqızı söyləyib.

Onun sözlərinə görə, valideyn himayəsindən məhrum olan uşaqların təhsil haqqından azad olunması dövlətin həmin uşaqlara xüsusi diqqətinin nəticəsidir: "Bu uşaqların daim qorumağa və qayğıya ehtiyacları var. Bununla bağlı dövlət bir sıra humanist layihələr, proqramlar həyata keçirir. Fiziki imkanları məhdud olan uşaqlara yardım edilir".

Millət vəkili qeyd edib ki, bu dəyişikliklərə əsasən, valideynlərini itirən və valideyn himayəsindən məhrum olan uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl orta ixtisas, ali təhsil müəssisələrində təhsil aldıqları müddətdə onların təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Eyni dəyişiklik bu, rezidentura və doktorantura təhsilinə də şamil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə