Xanhüseyn Əliyev: “Azərbaycan Gömrük İttifaqına qoşulsa...” AÇIQLAMA

Xanhüseyn Əliyev: "Bəs Hindistan və Türkiyənin də bu ittifaqa qoşulması ilə bağlı etdiyi müraciətə necə baxaq?"
Xanhüseyn Əliyev: “Azərbaycan Gömrük İttifaqına qoşulsa...” AÇIQLAMA

"Putinin guya yeni SSRİ yaradacağı ilə bağlı səslənən fikirləri cəfəngiyyatdır. Gömrük İttifaqı yaxın qonşuluq siyasətinin tərkib hissəsidir".

Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Xanhüseyn Əliyev bildirib. Azərbaycanın Gömrük İttifaqına qoşulmasının ölkəmiz üçün hansı nəticələrə gətirib çıxaracağına münasibət bildirən iqtisadçı qeyd edib ki, bu Azərbaycan üçün çox müsbət bir addımdır: "Gömrük İttifaqı qonşu kimi əlaqələrin daha da güclənməsinə, işsizliyin aradan qaldırılmasına, əhalinin sosial durumunun daha da yaxşılaşmasına çox böyük təsir göstərəcək. Burada Azərbaycanın itirəcəyi heç nə yoxdur".

Rusiyanın Gömrük İttifaqı adı altında keçmiş SSRİ-ni bərpa edəcəyi ilə bağlı iddialara münasibət bildirən iqtisadçı onu da əlavə edib ki, Hindistan və Türkiyə də müraciət edib ki, Gömrük İttifaqına qoşulsun. Bəs bunu necə başa düşək?"

X.Əliyev bu məsələnin başqa bir tərəfi haqqında da ilginc iddia irəli sürüb: "Ermənistan pis vəziyyətdədir, dağılıb məhv olur. Əgər Azərbaycan Gömrük İttifaqına qoşularsa, torpaqlarımız işğaldan azad olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə