Cari ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinə 14,3 milyard manat məbləğində vəsait daxil olub və büdcədən 12,7 milyard manat vəsait xərclənib. Maliyyə Nazirliyindən, Dövlət Statistika Komitəsinə verilən məlumata görə, büdcə xərclərinin 45,1 faizi və ya 5,7 milyard manatı iqtisadiyyatın inkişafına, 10,2 faizi, yaxud 1,3 milyardı manatı səhiyyə və təhsilə, 10,6 faizi və ya 1,4 milyard manatı sosial müdafiə və sosial təminata yönəldilib.
Büdcənin gəlirləri ilə xərcləri arasında yaranmış 1,6 milyard manatlıq profisit ÜDM-də 3,8 faiz təşkil edib.
Bundan başqa 2013-cü il oktyabr ayının 1-nə kimi ölkənin hüquqi və fiziki şəxslərinə verilmiş 14,8 milyard manat kreditin məbləği 30,0 faiz artıb, onun 76,8 faizi uzunmüddətli olub, 5.4 faizinin isə ödəmə vaxtı keçib.
Həmçinin, oktyabr ayının 1-nə olan məlumatlara görə əhalinin banklardakı əmanətləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 36,9 faiz artaraq 6,2 milyard manata çatıb. Əmanətlərin 2,4 milyard manatı xarici valyuta ilə, 3,8 milyard manatı isə milli valyuta ilə qoyulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB