Vergilərin könüllü ödənilməsi sisteminin inkişaf etdirilməsi, sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə vergi orqanı olmayan iri şəhər və rayonlarda Vergi ödəyicilərinə Xidmət Mərkəzləri yaradılıb. Vergilər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Xidmət Mərkəzlərinin əsas məqsədi həmin rayonda fəaliyyət göstərən vergi ödəyicilərinə müasir standartlara uyğun vergi xidmətlərinin göstərilməsidir.
Xidmət Mərkəzlərdə zəruri şərait yaradılıb və onların funksiyaları genişləndirilib. Ödəyicilər vergi orqanına getmədən yaşadığınız və ya fəaliyyət göstərdiyiniz ərazidəki Xidmət Mərkəzinə müraciət edərək vergilər barədə məlumat və izahatların alınması, vergi ödəyicilərinin və təsərrüfat subyektlərinin (obyektlərinin) qeydiyyatı, qeydiyyatdan çıxarılması və qeydiyyat məlumatlarının dəyişdirilməsi, vergi bəyannamələrinin, hesabatların, ərizələrin və digər sənədlərin vergi orqanına göndərilməsi, NKA-ların qeydiyyatı və qeydiyyatdan çıxarılması, hazır sənədlərin və arayışların alınması, "Asan İmza"nın, habelə istifadəçi kodu, şifrə və parolun əldə edilməsi və dəyişdirilməsi, uyğunsuzluq məktublarının araşdırılması xidmətlərindən istifadə edə bilərlər.
Xidmət Mərkəzləri iş günləri saat 09:00-dan saat 18:00-dək fasiləsiz işləyir.
Əlavə məlumat almaq üçün Vergilər Nazirliyinin 195 nömrəli Çağrı Mərkəzinə müraciət edə bilərsiniz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB