Fermerlərə mikro kreditlərin verilməsi üçün 5 milyon manat ayrılacaq
"2014-cü ilin dövlət büdcəsinin xərclərinin tərkibində cari xərclərin xüsusi çəkisi 3,9 faiz artıb, əsaslı xərclərin xüsusi çəkisi isə müvafiq olaraq 3,9 faiz azalıb. Dövlət borcuna xidmətlə bağlı xərclər isə eyni səviyyədə qalıb. 2014-cü ilin dövlət büdcəsindən 9 milyard 526 milyon manat proqram və tədbirlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulub. Gələn ilin dövlət büdcəsinin xərclərində sosial yönümlü xərclərin məbləği 5 milyard 337 milyon manat təşkil edəcək. Bu da cari ilə nisbətən 299 milyon manat çoxdur. Sosial yönümlü xərclərin xüsusi çəkisi 26,6 faiz olmaqla cari illə müqayisədə 1,3 faiz çoxdur". SİA-nın məlumatına görə, bu fikirləri Milli Məclisdə dövlət büdcəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov çıxışı zamanı deyib.
Nazir bildirib ki, sahibkarlığın inkişaf etdirilməsi üçün dövlət büdcəsindən 150 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur: "Kənd təsərrüfatının istehsalı ilə məşğul olan fermerlərə mikro kreditlərin verilməsi üçün 5 milyon manat vəsait ayrılacaq. İpoteka kreditləri üçün isə 40 milyon manat ayrılacaq. Avropa Olimpiya oyunlarının keçirilməsi üçün də dövlət büdcəsindən müvafiq məbləğdə vəsait ayrılacaq. Ölkəmizdə beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsinə 60 milyon manat ayrılması nəzərdə tutulub. 2014-cü ildə dövlət büdcəsinin kəsiri 1 milyard 679 milyon manat məbləğində praqnozlaşdırılır. İcmal büdcənin gəlirləri 21 milyard 986 milyon manat təşkil edəcək. Xərclər isə 24 milyard 444 milyon manat olacağı praqnozlaşdırılır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB