Bu gün yarmarkanın son günüdür TƏLƏSİN

Bu gün yarmarkanın son günüdür TƏLƏSİN

Bu gün Bakı şəhərinin 7 rayonunda 9 ünvanda ənənəvi olaraq keçirilən kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkasının son günüdür. Kənd Təsərrüfatı Nazirliyinin mtbuat xidmətindən SİA-ya verilən məlumata görə, yarmarkaya 400 tondan artıq kənd təsərrüfatı məhsulu çıxarılıb. Qiymətlər bazar qiymətlərindən orta hesabla 20-30% aşağıdır və əsasən mövsümü məhsullar üstünlük təşkil edir

Yarmarkalar aşağıdakı ünvanlarda təşkil olunub:

1. Binəqədi rayonunda Dərnəgül yaşayış sahəsi, 6 saylı peşə liseyinin həyəti

2. Xətai rayonunda "Bakı" kinoteatrının yanı

3. Nərimanov rayonunda Əliyar Əliyev küçəsi 26, "Bakı Taxıl" ASC-nin ərazisi

4. Nəsimi rayonunda "Təzə bazar"ın ərazisi, 3-cü mikrorayon, "Tovuz-Baltiya LTD"nin ərazisi

5. Səbail rayonunda Badamdar qəsəbəsi, 239 nömrəli məktəbin yanı

6. Suraxanı rayonunda Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi 2, Yeni Günəşli qəsəbəsi, "Günəş" ticarət mərkəzinin yanı

7. Yasamal rayonunda Şərifzadə küçəsi 131, Bakı Dövlət Rabitə və Nəqliyyat kollecinin yanında

Qeyd edək ki, yarmarka 26-27 oktyabt tarixlərində təşkil edilib. Ümumilikdə isə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 2006-cı ildən bu günə qədər 772 yarmarka keçirilib və ümumilikdə 163 427 ton məhsul satılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə