Rusiya Ermənistana qaz ixracını azaltdı

Son 9 ay ərzində Rusiyanın Ermənistana qaz ixracı ötən ilin analoji dövrü ilə müqayisədə 3,7% azalaraq 1,272 milyard kubmetrə çatıb
Rusiya Ermənistana qaz ixracını azaltdı

Son 9 ay ərzində Rusiyanın Ermənistana qaz ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7% azalaraq 1,272 milyard kubmetrə çatıb.

Ermənistan mətbuatının verdiyi məlumata görə, bu barədə "ArmRosqazprom" şirkətinin saytında bilidirilib. Hesabat dövrü ərzində Ermənistanın enerji sahəsində təbii qazdan istifadə 14,9% azalaraq 112, 8 milyon kubmetrə, əhalisinin istifadə həcmi isə 8, 7% azalaraq 361, 7 milyon kubmetrə çatıb.

Sənaye və qazdoldurma stansiyalarında qazın realizasiyası isə müvafiq olaraq 200,7 milyon kubmetr və 331,1 kubmetr artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə