Strateji Araşdırmalar Mərkəzi (SAM) "SAM Review" jurnalının "Avrasiyada Regionlararası Əməkdaşlıq: Nəqliyyat və Logistika Layihələri Qara Dəniz Regionu, Cənubi Qafqaz və Mərkəzi Asiya Arasında İnteqrasiya Gücləndiricisi kimi" adlı xüsusi buraxılışını dərc edib. SAM-dan SİA-ya verilən məlumata görə, icmal üç ayrı məqalədən ibarətdir və hər məqalə bir regiondan bəhs edir: "Mərkəzi Asiya və Yeni Trans-Avropa Bağlantısı: "İpək Yolu"nun Bərpası"; "Zəncir Halqası: Cənubi Qafqaz Regionlar Arasında Nəqliyyat və Logistika Nöqtəsi Kimi"; "Nəqliyyat: Qara Dəniz Regionunun Rəqabət Qabiliyyətli Üstünlükləri".
Mərkəzi Asiya haqqında məqalə İslam, siyasi dəyişikliklər, təhlükəsizlik məsələləri və etnik mövzularda 7 monoqrafiya və 75-dən çox elmi məqalələrin müəllifi olan Şirin Akinerə, Cənubi Qafqaz haqqında məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Rövşən İbrahimova və Qara Dəniz regionu haqqında məqalə isə SAM-ın aparıcı məsləhətçisi Ariz Hüseynova məxsusdur.
Hazırki cilddə müəlliflər milli iqtisadi inkişaf və eləcə də Mərkəzi Asiya, Cənubi Qafqaz və Qara Dəniz regionları arasında regional və regionlararası əməkdaşlıq və inteqrasiyanın istiqamətləndiricisi kimi nəqliyyat və loqgistika imkanlarının vacibliyini və indiyə qədər mövcud layihələrin həyata keçirilməsini araşdırır. Araşdırma hər üç regionda müəyyən dərəcədə bərabər gedən vacib nəqliyyat infrastrukturunun inkişaf prosesini, eləcə də hər üç region arasında və digər Avrasiya regionları ilə bağlayıcı dəhlizin yaradılması üçün nəqliyyat infrastrukturunun dolğunlaşmasını və şaxələnməsini tədqiq edir və vurğulayır.
Qısaca olaraq, İcmalda deyildiyi kimi araşdırma "regionda ümumi vəziyyətin və vətəndaşların vəziyyətinin yaxşılaşdırılması üçün, bütün ərazilərdə ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirilməsinin çox vacib olduğunu" müəyyən edib.
İcmal politoloqlar, bu sahə üzrə mütəxəssislər, tədqiqatçılar, tələbələr və mövzu ilə maraqlanan hər bir kəs üçün faydalı mənbə kimi nəzərdə tutulub və gələcək tədqiqatlarda istifadə oluna bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB