“AtaBank” “Visa imtiyazlar dünyasını kəşf et!” kampaniyasına start verib
Azərbaycanda nağdsız ödənişlərin dövriyyəsini artırmaq məqsədilə "AtaBank" ASC "VISA International" təşkilatı ilə birgə oktyabrın 21-dən yeni aksiyaya başlayıb. "Visa imtiyazlar dünyasını kəşf et!" aksiyası dekabrın 20-dək davam edəcək. SİA-ya verilən məlumata görə, bankın filiallarında bütün növ "Visa Premium" (Gold və Platinum) kartları sifariş edən müştərilərə "MyBrands" mağazalar şəbəkəsində 20% endirim əldə etmək üçün 3 kupon veriləcək. Aksiyadan əvvəl sifariş edilən "Visa Premium" kartları da "MyBrands" mağazalar şəbəkəsində 120 manatdan yuxarı alış-veriş etdikdə kuponsuz 10% endirim əldə edəcək. Aksiyanın bütün iştirakçılarına əlavə olaraq "MyBrands" mağazalar şəbəkəsində hər zaman 5% endirim əldə etmək imkanı verən "MyBrands Standart" kartı hədiyyə veriləcək.
Kuponlardan yalnız 1 dəfə istifadə etmək olar. Kuponlar 2014-cü il yanvarın 15-dək etibarlıdır.
"MyBrands" mağazalar şəbəkəsinə "United Colors of Benetton", "Bebe", "Sisley", "Accessorize", "Tommy Hilfiger", "Monsoon", "Adidas", "Nike", "Nine" "West", "Coast" və s. mağazalar daxildir.
Aksiyanın şərtləri www.mybrands.az/ru/shops və ya www.facebook.com/VisaAzerbaijan sosial şəbəkələrində qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB