"AtaSığorta" 2013-cü ilin 9 ayı üzrə maliyyə nəticələrini açıqlayıb. SİA-ya verilən məlumata görə, cari ilin 9 ayı ərzində şirkətin sığorta haqqı yığımları 9,4 milyon manat təşkil edib. "AtaSığorta" 2013-cü ilin müvafiq dövrü ərzində1,9 milyon manatdan artıq sığorta ödənişi həyata keçirib. Şirkətin nizamnamə kapitalı cari ildə 2,6 milyon manat artırılaraq 7,6 milyon manata çatdırılıb, aktivlərin ümumi həcmi isə 20 milyon manatı ötüb. "AtaSığorta" ASC-nin 2013-cü ilin 9 ayı üzrə balans mənfəəti 1,7 milyon manat təşkil edib.
Qeyd edək ki, "AtaHolding" Şirkətlər Qrupuna daxil olan "AtaSığorta" 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə 4 filial və 10 nümayəndəlik daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB