Mərkəzi Bankda təcrübə mübadiləsi keçirilib

Mərkəzi Bankda təcrübə mübadiləsi keçirilib

Mərkəzi Bankın Pul siyasəti departamentində makroiqtisadi proqnozlaşdırma sahəsində Azərbaycan təcrübəsi ilə yaxından tanış olmaq məqsədilə Vyetnam Dövlət Bankının dörd nəfərdən ibarət nümayəndə heyəti üçün təcrübə mübadiləsi keçirilib. Mərkəzi Bankdan SİA-ya verilən məlumata görə, təcrübə mübadiləsi zamanı Azərbaycan Mərkəzi Bankında istifadə olunan Maliyyə Proqramlaşması sisteminin xarakteristikası, iş prinsipləri, istifadə edilən proqnozlaşdırma metodları haqda məlumatlar nümayəndə heyətinin diqqətinə çatdırılıb. Burada proqnozların işlənməsi zamanı ölkə iqtisadiyyatının xüsusiyyətlərinin nəzərə alınması, iqtisadiyyatın sektorları arasındakı əlaqələr, simulyasiya ssenarilərinin seçilməsi meyarları, aparılan tədqiqat nəticələrinin pronozlaşdırma metodlarının təkmilləşdirilməsində istifadəsi, pul siyasəti istiqamətlərinin hazırlanmasında proqnozların nəzərə alınması kimi məsələlər üzrə Azərbaycan Mərkəzi Bankının təcrübəsi bölüşülüb.

Nümayəndə heyəti Azərbaycan təcrübəsinin faydalı olduğunu və təcrübə mübadiləsinin gələcəkdə də davam etdirilməsi ilə bağlı niyyətlərini bildiriblər.

Qeyd edək ki, Maliyyə Proqramlaşması bazasında makroiqtisadi proqnozlaşdırma sistemi 2005-ci ildən etibarən Azərbaycan Mərkəzi Bankında praktiki istifadə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə