"Bulla-dəniz" yatağındakı 90 saylı quyuda qazma zamanı baş verən qəzanın aradan qaldırılması məqsədi ilə aparılan işlər avqustun 31-də də davam etdirilib. ARDNŞ-dan SİA-ya verilən xəbərə görə, görülən təmizləmə işləri nəticəsində quyudakı qazma avadanlığının ümumilikdə 50 %-ə qədəri demontaj olunaraq, özüldən gəmilərə yüklənib və sahilə çıxarılıb.
Qəzanın aradan qaldırılması istiqamətində ARDNŞ və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən görülən tədbirlər nəzərdə tutulan iş planına uyğun olaraq davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB