“Aqrolizinq” ASC-nin Qax filialının maddi-texniki bazası gücləndirilir
"Aqrolizinq" ASC-nin Qax filialının maddi-texniki bazasının gücləndirilməsi məqsədilə rayonun Şıxlar kəndi ərazisində yeni inzibati bina, gübrə anbarı və təmir emalatxanası tikilir. Yeni tikililərin cari ilin noyabrında istifadəyə verilməsi nəzərdə tutulub.
Filialdan bildiriblər ki, hazırda müəssisənin texnika parkında 35 adda müxtəlif kənd təsərrüfatı texnikası, o cümlədən 6 ədəd taxılbiçən kombayn vardır. Bu il filial tərəfindən torpaq mülkiyyətçilərinə güzəştli qiymətlərlə 167 ton azot gübrəsi satılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB