İraq neft hasilatını artırmaq istəyir

İraq neft hasilatını artırmaq istəyir

İraqın xarici işlər naziri Xoşiyar Zibari avqustun 16-da Vaşinqtonun "Strategiya və beynəlxalq tədqiqatlar mərkəzi"ndə çıxış edib. Bu barədə SİA İnterfaks agentliyinə istinadən xəbər verir. Nazirin sözlərinə görə, İraq gündəlik neft hasilatını gələn ilin axırına kimi 4,5 milyon barel artıraraq 2020-ci ilə kimi 9 milyon barelə çatdırmaq istəyir. İraq iqtisadiyyatının yüksək templə inkişaf etdiyini bildirən Zibari İraqın ümumdaxili məhsulunun həcminin 2011-ci ildə 9,6%, 2012-ci ildə 10,5 % artırıldığı barədə məlumat verib. Amerika iqtisadçılarının proqnozlarına görə, İraq iqtisadiyyatında bu il də artım gözlənilir (8,2%) və 2030-cu ilə kimi hasilat 2 dəfə artacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə