Korporativ qiymətli kağızlar bazarında ticarətin həcmi artıb

Korporativ qiymətli kağızlar bazarında ticarətin həcmi artıb

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) 2013-cü ilin 6 ayı ərzində fəaliyyətinin yekunlarına həsr olunan geniş Kollegiya iclası keçirilib. SİA-nın məlumatına görə, QKDK-nın sədri Rüfət Aslanlı cari ilin ilk 6 ayı ərzində dünya iqtisadiyyatında müşahidə olunan əsas meyllərdən bəhs edərək, qlobal iqtisadiyyatda gərginliyin davam etdiyini, dünyanın aparıcı iqtisadiyyatlarının qeyri-sabit dinamika ilə inkişaf etməsi barədə iclas iştirakçılarını məlumatlandırıb.

R.Aslanlı Prezident İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının diversifikasiyası prosesinin ötən dövrlərdə olduğu kimi 2013-cü ilin 6 ayı ərzində də uğurla davam etdiyini iclas iştirakçılarının diqqətinə çatdırıb.

Sədr qlobal iqtisadi sistemdə gərginlik və qeyri-müəyyən proseslər fonunda Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi siyasətinin nəticəsi olaraq, ötən ildən başlayaraq qeyri-neft sektorunun ümumi daxili məhsula nisbətində üstünluk təşkil etdiyini və ölkə iqtisadiyyatına əsaslı kapital qoyuluşlarında yüksək templərlə artım nümayiş etdirdiyini bildirib.

QKDK sədri hesabat dövründə ölkənin qiymətli kağızlar bazarında pozitiv dinamikanın müşahidə edildiyini qeyd edərək, 2013-cü ilin ilk yarım illiyində korporativ qiymətli kağızlar bazarında ticarətin həcmi 2.7 dəfə artdığını və bu artımın əsas etibarıilə səhm və korporativ istiqraz alətlərinin buraxılışı vasitəsi ilə dəstəkləndiyini vurğulayıb.

Sədr bütövlükdə ölkədə gedən iqtisadi proseslərin keyfiyyətçə yeni bir inkişaf səviyyəsinə çatdığını deyib.

Daha sonra QKDK-nın sədr müavini, Aparatının rəhbəri və müvafiq struktur bölmələ rəhbərləri geniş məruzə ilə çıxış edərək 2013-cü ilin 6 ayı ərzində həyata keçirilmiş tədbirlər və strateji fəaliyyət planlarının icra vəziyyəti barədə ətraflı məlumat veriblər. Çıxışlarda QKDK-nın cari funksional fəaliyyətinin yekunları ilə yanaşı, hesabat dövründə hüquqi bazasının möhkəmləndirilməsi, beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, ictimaiyyət üçün məlumatlandırma və maarifləndirmə tədbirlərinin təşkil edilməsi, həmçinin insan resurslarının idarə edilməsi, inkişafı və qulluq etikası məsələləri sahəsində görülən işlər barədə ətraflı məlumat iclas iştirakçıların diqqətinə çatdırılıb.

İclası yekunlaşdıran Kollegiyanın sədri R.Aslanlı "2011-2020-ci illərdə Azərbaycan Respublikasında Qiymətli Kağızlar Bazarının İnkişafına dair" Dövlət Proqramında nəzərdə tutultulmuş tədbirlərin effektiv icrasının təmin edilməsinin, Azərbaycan Respublikası Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlərin göstərməsinin təşkilli sahəsində bəzi tədbirlər haqqında" Fərmanının icrası ilə əlaqədar elektron xidmətlərlərdən istifadə sahəsində ictimaiyyət arasında məlumatlandırma tədbirlərinin həyata keçirilməsinin, habelə 2013-cü ildə QKDK-nın 15-illik yubileyi ilə əlaqədar tədbirlərin yüksək səviyyədə təşkil edilməsi istiqamətində müvafiq tapşırıqlar verib.

Bütün xəbərlər Facebook səhifəmizdə