ARDNŞ prezidenti Acarıstan Muxtar Respublikasının başçısını qəbul edib FOTO
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Gürcüstanın Acarıstan Muxtar Respublikasının başçısı Arcil Xabadzeni qəbul edib. ARDNŞ-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qonaqları səmimi salamlayan ARDNŞ prezidenti Gürcüstanla Azərbaycan arasında ictimai həyatın bütün sahələrində dostluq və strateji tərəfdaşlıq münasibətlərinin dərin tarixi köklərə malik olduğunu bildirib, SOCAR-ın ölkə daxilində və xaricdə həyata keçirdiyi layihələr barədə qonaqlara ətraflı məlumat verib.
R.Abdullayev son illərdə Gürcüstanın regionlarında gerçəkləşdirilən layihələrin ikitərəfli əlaqələrin inkişafında xüsusi önəm kəsb etdiyini vurğulayıb. Arcil Xabadze səmimi qəbul üçün minətdarlığını bildirib, Qafqazın ən böyük şirkəti olan SOCAR-ın Gürcüstandakı fəaliyyətindən məmnunluğunu ifadə edən qonaq şirkətin fəaliyyətinin Acarıstanda daha da genişləndirilməsində maraqlı olduqlarını qeyd edib. Görüşdə hazırda həyata keçirilən və planlaşdırılan layihələr çərçivəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar olduğu vurğulanıb, bu imkanların gerçəkləşdirilməsi istiqamətində səylərin artırılması zərurəti qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB