Abbas Əliyev: "İlk 6 ayda 19,8 ton ərzaq malları məhv edilib"

Abbas Əliyev: "İlk 6 ayda 19,8 ton ərzaq malları məhv edilib"

"İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən cari ilin ilk 6 ayında keçirilmiş nəzarət tədbirləri zamanı 19,8 ton müxtəlif növ ərzaq malları satışdan çıxarılaraq məhv edilib". Bu barədə SİA-ya açıqlamasında iqtisadi inkişaf nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev deyib.

O bildirib ki, satışdan çıxarılaraq məhv edilən mallar mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri qanunvericiliyin tələblərinə uyğun olmayan ərzaq məhsullarıdır: "Bu məhsullar arasında əsas yeri süd və süd məhsulları tutur. Bundan başqa ət və ət məhsulları, şirniyyat məhsulları, müxtəlif növ spirtli və spirtsiz içkilər, şirəli sular da satışdan çıxarılan məhsullara daxildir".

Bütün xəbərlər Facebook səhifəmizdə