Milli Məclisin növbəti plenar iclasında "Ölçü vahidləri haqqında" qanun layihəsinin üçüncü oxunuş zamanı qəbul olunması gözlənilir. SİA-nın məlumatına görə, bu barədə Bakıda Beynəlxalq Akkreditasiya Gününə həsr olunan konfransda Parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib.
Onun sözlərinə görə, qanun layihəsinin qəbulu Azərbaycanda güclü qanunvericilik bazasının formalaşdırılmasına imkan verəcək ki, bu da ölkədə standartlaşdırma xidmətinin işini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq: "Qanun layihəsinin əsas məqsədi daxili bazarın müdafiə olunmasıdır. Bu müasir metodlarla həyata keçirilməlidir və bu aspektdə standartlaşdırma məsələsi olduqca əhəmiyyətlidir. Sərhədləri bağlayaraq və tarifləri yüksəldərək heç nəyə nail olmaq olmaz. Bu gün respublikaya idxal olunan texnologiyaların inkişaf və qlobal bazar baxımından qiymətləndirilməsinə ehtiyac var. Hazırda Azərbaycanda bu sahə üzrə beynəlxalq tələblərə cavab verən müasir laboratoriyalar yaradılır, kadr potensialı genişləndirilir. Məlumdur ki, bu gün Azərbaycan bazarına aşağı keyfiyyətə malik məhsullar, köhnəlmiş texnologiyalar daxil olur. Belə halların qarşısının alınması üçün müasir standartlaşma sisteminin olması vacibdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB