Rövnəq Abdullayev: “Azərbaycan neftin tranziti zamanı itkilərə məruz qalır” AÇIQLAMA

Rövnəq Abdullayev: “Azərbaycan neftin tranziti zamanı itkilərə məruz qalır” AÇIQLAMA

"Hazırda ARDNŞ-la Rusiyanın "Transneft" şirkətinin mütəxəssisləri arasında danışıqlar davam etdirilir. Azərbaycan neftinin Rusiya ərazisindən tranziti ilə bağlı həm Azərbaycan, həm də Rusiyaya iqtisadi cəhətdən sərfəli olacaq həll yolu tapılacaq". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətnin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev deyib

Onun sözlərinə görə, tərəflər arasında razılığın əldə olunması bir sıra ticarət məsələlərinin müzakirəsini tələb edir. Hər şeydən əvvəl lazımi neft həcmlərinin təmin edilməsi üçün neftin keyfiyyət bankı təmin edilməlidir. Azərbaycan tərəfi də həmçinin neftin Rusiya ərazisindən tranziti zamanı itkilərə malik olur. Çünki Novorossiysk kəməri ilə tranzit edilən yüngül Azərbaycan nefti "URALS" markası adı altında ixrac edilir ki, bu da öz növbəsində itkilərə gətirib çıxarır. Xüsusilə də üçüncü tərəflər vasitəsilə neftin boru kəməri üzrə nəqli imkanları, boru kəmərinin reversi variantı da daxil olmaqla, həmçinin baxılmalı olan başqa məsələlər və imkanlar da var. Beləcə, bütün mümkün variantların iqtisadi effektivliyinə baxılmalıdır".

R.Abdullayevin sözlərinə görə, bu ilin sonuna kimi tərəflər bütün məsələlərə baxacaq və razılaşdıracaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə