Türkmənistan Azərbaycan vasitəsilə Avropaya qaz nəql etmək niyyətindədir
Türkmənistan qazının Avropaya tədarükü layihəsi olduqca realdır, yalnız layihənin həyata keçirilməsi üzərində sistematik iş tələb olunur. Bu barədə Türkmənistan baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredov Aşqabadda keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, Türkmənistan, Azərbaycan və Avropa İttifaqı üçtərəfli formatda Xəzər regionundan Avropaya qaz tədarükü üçün əsas prinsiplər haqqında sənədin hazırlanması üzrə ciddi iş aparırlar: "Avropaya tədarükün etibarlılığı birbaşa olaraq tərəfdaşlığımızın sxemini necə qurmağımızdan asılıdır".
Brifinq Türkmənistanın təşəbbüs göstərdiyi enerji daşıyıcılarının etibarlı və sabit tranziti üzrə qətnamənin BMT tərəfindən qəbul edilməsinə həsr edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB