Ermənistan dövləti yeni AES-dən imtina etdi

Ermənistan dövləti yeni AES-dən imtina etdi

Ermənistan hakimiyyəti yeni atom enerjisi blokunun tikintisindən imtina edib. SİA-nın "Armenianreport" saytına istinadən verdiyi xəbərə görə, Ermənistan hökumətinin parlamentə göndərdiyi proqramdan atom enerji blokunun tikintisi ilə bağlı bənd çıxarılıb. Ermənistan parlamenti tam əksinə, AES fəaliyyət göstərən ikinci enerji blokunun istismar müddətinin və təhlükəsizliyinin artırılmasını məqbul hesab edib.

Qeyd edək ki, yeni proqrama görə, atom stansiyası 2017-2018-ci illərdə dayandırılmalıydı. Bu müddət ərzində isə yeni enerji blokunun tikilməsi nəzərdə tutulmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə