Cahangir Hacıyev: "Səhmdarlarımıza dividend ödəyəcəyik"

Cahangir Hacıyev: "Səhmdarlarımıza dividend ödəyəcəyik"

Azərbaycan Beynəlxalq Bankı 2012-ci ilin yekunlarına əsasən səhmdarlarına dividend ödəməyə hazırlaşır. SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə Azərbaycan Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyev deyib.

C.Hacıyev bildirib ki, bununla bağlı məsələ bankın Müşahidə Şurasının aprelin 29-da keçiriləcək iclasında müzakirə ediləcək: " Keçən ilin nəticələrinə əsasən, Azərbaycan Beynəlxalq Bankının 53 mln. manat bölüşdürülməmiş mənfəəti toplanıb və bankın menecmenti həmin mənfəətin bölüşdürülməsi ilə bağlı səhmdarlar qarşısında məsələ qaldırıb. Təklifimiz ondan ibarətdir ki, azı 15 mln. manat dividendlərin bölüşdürülməsinə yönəldilsin, qalan hissə isə bölüşdürülməmiş mənfəət kimi qalsın və bu da ümumi kapitalın artırılmasına kömək etsin".

Bütün xəbərlər Facebook səhifəmizdə