“Əmanətlərin Sığortalanması haqqında” qanuna bir sıra dəyişikliklər ediləcək

“Əmanətlərin Sığortalanması haqqında” qanuna bir sıra dəyişikliklər ediləcək

Azərbaycanda "Əmanətlərin Sığortalanması haqqında" qanuna bir sıra dəyişikliklər ediləcək. SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov deyib.

Onun sözlərinə görə, bununla da Azərbaycanda əmanətlərin sığortalanmasının əhatə dairəsi genişləndiriləcək: "Qanunvericiliyə ediləcək dəyişiklilərdən sonra fərdi sahibkarların banklarda olan əmanətləri Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanacaq. Qanuna ediləcək dəyişikliklər Fondun Himayəçilik Şurası tərəfindən təsdiqlənib və hazırda nazirliklərlə razılaşdırma prosesindədir. Qanunda qorunmayan əmanətlərlə bağlı 3 bənd yığışdırılır. Buna qədər fərdi sahibkarlar sığortalanmırdı. Eyni bir bankda depoziti və krediti olanlar var idi. Onların depozitləri, təminatları olsa belə qorunmurdu. Bununla bağlı 10 maddə vardı və onun 3 yığışdırılıb. Bunla da fərdi sahibkarların əmanətləri də sığortalanacaq."

Bundan başqa Azad Cavadov əlavə edib ki, gələcəkdə nəzərdə tutulmuş dəyişikliklərdə hüquqi şəxslərin də depozitlərinin sığortalanması nəzərdə tutulur".

Bütün xəbərlər Facebook səhifəmizdə