Nəqliyyat naziri vətəndaşları qəbul edəcək

Nəqliyyat naziri vətəndaşları qəbul edəcək

Nəqliyyat naziri Ziya Məmmədov aprelin 12-də, saat 11.00-da Quba şəhərinin Mədəniyyət evində vətəndaşlarlı qəbul edəcək. Nazirlikdən SİA-ya verilən məlumata görə, Quba, Qusar, Şabran, Siyəzən və Xaçmaz rayonlarında yaşayan vətəndaşlar aşağıdakı ünvanlarda qəbula yazıla bilərlər:

• Quba rayonu üzrə - Quba 6 saylı Yol İstismar İdarəsi (ünvan: Quba şəhəri, Qasım İsmayılov küçəsi 43);

• Qusar rayonu üzrə - Qusar 7 saylı Yol İstismar İdarəsi (ünvan: Qusar şəhəri, Nurəddin Şərifov küçəsi 71);

• Xaçmaz rayonu- Xaçmaz Dəmir Yol Stansiyası,

• Şabran rayonu üzrə - Şabran 87 saylı Yol İstismar İdarəsi (ünvan: Bakı-Quba avtomobil yolunun 124-cü km)

• Siyəzən rayonu üzrə - Siyəzən 4 saylı Yol İstismar İdarəsi (ünvan: Siyəzən rayonu, H. Əliyev küçəsi 153)

Bütün xəbərlər Facebook səhifəmizdə