Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Azərbaycan Şahmat Federasiyasında İqtisadi İnkişaf Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Şahmat Turnirinə start verilib. SİA xəbər verir ki, turnirdə İqtisadi İnkişaf Nazirliyinin aparatının, strukturuna daxil olan və tabeliyindəki qurumların 30-a yaxın əməkdaşı iştirak edir. Oyunlar qrup sistem üzrə həftənin şənbə günləri keçiriləcək. Turnir mayın 4-də başa çatacaq və qaliblər İqtisadi İnkişaf Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB