Beynəlxalq Turizm və Səyahətlər sərgisi öz işinə başlayıb FOTOLAR

Beynəlxalq Turizm və Səyahətlər sərgisi öz işinə başlayıb FOTOLAR

"Bakı Ekspo Mərkəzində "Iteca Caspian" MMC və "İTE Group PLC" şirkətlərinin təşkilatçılığı ilə Azərbaycanın və Qafqaz regionunun turizm sənayesinin ən böyük ixtisaslaşdırılmış tədbiri - "AITF 2013" Azərbaycan Beynəlxalq "Turizm və Səyahətlər" sərgisi öz işinə başlayıb. SİA-nın verdiyi xəbərə görə, "AITF 2013" sərgisində 60-dan çox istiqaməti təqdim edən 35 ölkədən 251 şirkət və təşkilat iştirak edir.

Bu il "AITF 2013" sərgisində Monteneqro, Tailand, Tunis, Kanada, Mərakeş və Monakonun turoperatorları ilk dəfə iştirak edəcəklər. Onlar 20 stend ekspozisiyası ilə iştirak edirlər. Sərginin daimi iştirakçıları - Bolqarıstan, Kipr, Çexiya, BƏƏ, Gürcüstan, Rusiya, Sloveniya, Türkiyə və Misirin milli qrupları var. Macarıstan, İndoneziya, İran, Monteneqro, Mərakeş, Krım (Ukrayna), Tailand və Tunisin milli qrupları bu il ilk dəfə sərgidə iştirak ediblər. Sərginin əsas bölümlərinə aviaxətlər və avia-agentliklər, turoperatorlar və turizm agentlikləri, mehmanxanalar və mehmanxana şəbəkələri, sanatoriya və pansionatlar, eləcə də macəralı istirahət, biznes səfərlərinin təşkili, idman turizmi, ekoloji və elit istirahət üzrə ixtisaslaşmış şirkətlər daxildir. Bu il xarici tibb mərkəzləri, özəl və dövlət klinikaları, eləcə də diaqnostika mərkəzlərini ehtiva edən "Tibbi turizm" sahəsi üzrə iştirakçıların sayında əhəmiyyətli artım müşahidə olunur. Builki sərginin yeniliyi isə "Xaricdə daşınmaz əmlak" bölümünün olmasıdır".

Sərgidə "Azərbaycanda istirahət" bölümüdə yer alıb. Onlar respublikamızın regionları öz iqlim xüsusiyyətləri, təbii ehtiyatları və çoxmillətli mədəniyyəti ilə birlikdə təqdim olunur. Belə ki, sərginin iştirakçıları arasında Balakən, Gəncə, İsmayıllı, Lənkəran, Lerik, Masallı, Mingəçevir, Naftalan, Naxçıvan, Qəbələ, Qax, Quba, Şəki, Oğuz, Salyan, Şamaxı, Sumqayıt, Xaçmaz, Xızı, Zaqatala və Azərbaycanın digər rayon və şəhərlərinin ən məşhur kurort zonaları, mehmanxana və pansionatları var. Sərgi zamanı iştirakçılar öz stendlərində təqdimat və seminarlar, müxtəlif lotereyalar keçirirlər.

Sərgidə Yunanıstanın "Aegean Airlines" aviaşirkəti Bakı-Afina birbaşa aviareysini təqdim edib. Bu aviareysin mayın 28-dən açılması planlaşdırılır. Bolqarıstana yeni birbaşa aviamarşrutunu isə Azərbaycanın milli hava daşıyıcısı olan "AZAL" şirkəti öz stendində təqdim edir.

Bununla yanaşı 7-ci "Qafqaz Beynəlxalq Mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar" sərgisi də öz işinə başlayıb. Sərgidə iştirak edən 30 şirkət müxtəlif peşəkar mətbəxlər, restoranlar üçün avadanlıqlar, restoranlar şəbəkəsi üçün proqram təminatı nümayiş etdirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə