“Hess Corporation” ABŞ şirkətinin və BTC-nin payını satın alıb
ABŞ-ın "Hess Corporation" şirkətinin "Azəri-Çıraq-Günəşli" və BTC layihələrindəki paylarının Hindistanın "ONGS Videsh" şirkətinə satışı ilə bağlı proses yekunlaşıb. SİA-nın məlumatına görə, bu barədə "Hess Corporation" şirkəti məlumat yayıb. Şirkətin məlumatına əsasən "ONGS Videsh" şirkəti "Azəri-Çıraq-Günəşli" layihəsində 2,72%, "BTC" layihəsində isə 2,36% səhmlərə sahib çıxıb. Bunun üçün şirkət "Hess Corporation"a 1 mlrd. dollar ödəyib və pulköçürmə prosesi dünən axşam yekunlaşıb. Vergiləri ödəyəndən sonra "Hess" şirkətinin xalis mənfəəti 884 mln. dollar təşkil edəcək.
Hindistan şirkəti bildirib ki, iri neft layihələrində səhmlərə sahib çıxmaqla Xəzər neftini Hindistana ixrac etmək və burada da emal etmək mümkün olacaq. Bunun üçün şirkət artıq müvafiq qurumlarla danışıqlar aparır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB