Nazir vətəndaşlarla görüşəcək

Kənd təsərrüfatı naziri İsmət Abasov Salyan rayonunda vətəndaşlarla görüşəcək. Nazirlikdən SİA-ya verilən xəbərə görə, İsmət Abasov aprel ayının 5-də saat 11-də Salyan rayonunda Salyan, Sabirabad, Hacıqabul, Saatlı, Biləsuvar, Neftçala, Cəbrayıl rayonlarının sakinləri ilə görüşəcək.

Görüşdə iştirak etmək istəyən vətəndaşların qeydiyyatı və Salyan rayonuna gəlməsinin təşkili Salyan Ərazi Kənd Təsərrüfatı İdarəsi tərəfindən həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə