Neftin bahalaşması davam edib

Martın 27-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair may müqaviləsinin dəyəri 0,24 dollar və ya 0,3% artaraq 1 barelə görə 96,58 dollar olub. SİA-nın xəbərinə görə, martın 27-də ICE London qitələrarası birjasında mayda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,33 dollar və ya 0,3% artaraq 109,69 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə