Bu gün İqtisadi İnkişaf Nazirliyinin dəstəyilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə Azərbaycan - Macarıstan işgüzar görüşü keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə rəsmi şəxslərlə yanaşı hər iki tərəfin kəndə təsərrüfatı, tikinti, qida sənayesi, İKT, ətraf mühitin bərpası və s sahələrdə fəaliyyət göstərən şirkətin nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən İqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycan - Macarıstan arasındakı iqtisadi münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. O, bu əlaqələrin hörmət, dostluq, qarşılıqlı maraq və prinsiplərə əsaslandığını bildirib.
Ounu sözlərinə görə, bu əməkdaşlıq digər sahələrə də təkan verəcək. Macarıstanın kənd təsərrüfatının inkişafı üzrə dövlət katibi Gyula Budainin çıxışında bildirib ki, sürətlə inkişaf edən Azərbaycanla əməkdaşlığa xüsusi önəm verir. O, iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün işgüzar görüşün əhəmiyyətini vurğuylayıb.
Görüşdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov ölkəmzin qazandığı iqtisadi uğurlar, əlverişli biznes və investisiya mühitində həyata keçirilən böyük layihələr barədə məlumat verib. O, humanitar iş adamlarını Azərbaycanda fəal əməkdaşlığa dəvət edib.
Qeyd edək ki, tədbirdə Azərbaycan investisiya imkanları barədə təqdimat keçirilib. Hər iki tərəfi maraqladıran suallar cavabladırılıb.
Sonda Azərbaycan - Macarıstan hökümətlərarası komissiya çərçivəsində yaradılmış aqrar məsələlər üzrə alt komitənin iclasının protokolu imzalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB