İqtisadi böhran Avropa ölkələrində enerji məhsullarına tələbatı aşağı salıb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, 2008-2011-ci illərdə bütövlükdə Aİ-də enerji istehlakı 6 faiz aşağı düşüb. Ən çox geriləmə İrlandiya və Yunanıstanda (12,3 faiz), Rumıniyada (10,2 faiz), İspaniya və Böyük Britaniyada (9,4 faiz) qeydə alınıb. Yunanıstanda digər enerji növləri ilə yanaşı, elektrik enerjisindən istifadədə son dörd ildə davamlı azalma qeydə alınır və sonuncu göstərici 2,3 faiz olub. Elektrik enerjisindən istifadə 2012-ci ildə 2008-ci illə müqayisədə 9,7 faiz azalaraq 2004-cü il səviyyəsinə enib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB