" "Nabucco" layihəsi artıq əvvəlki şəkildə mövcud deyil. İndi həmin layihə "Nabucco West"dir. O isə bilavasitə Avropa Birliyinə daxil olan dövlətlərin ərazisindən keçir. Layihəyə maliyyə dəstəyi olub- olmaması isə onların öz işidir. Avropanın özəl şirkətləri bunu həyata keçirəcəklər. Hərhalda onun bilavasitə Azərbaycana aidiyyatı yoxdur. Azərbaycan TANAP-la bağlı qərarını verib. Maliyyə ehtiyaclarını qarşılamaq üçün də heç kimə ehtiyacı yoxdur, çünki özü- özünü maliyyələşdirir". SİA-nın məlumatına görə, bu fikirləri açıqlamasına millət vəkili, politoloq Rasim Musabəyov Avropa Birliyinin adıçəkilən layihəni maliyyələşdirmək istəməməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycanın bir neçə seçim imkanı var: "Qazımızı Türkiyə ərazisindən keçərək "Nabucco West"ə və yaxud da başqa istiqamətə yönəltmək haqqında bir çox seçimlərimiz var. Buna görə də bu məsələlərdə Avropanın maliyyə dəstəyinə ehtiyacımız yoxdur".
"Bu gün Azərbaycan üçün vacib olan məsələlərdən ən başlıcası layihənin təhlükəsizlik təminatı və bunun Avropa Birliyinin diqqətində olmasıdır. Təbii ki, məsələnin davamı var. Söhbət təkcə "Nabucco"dan yox, eləcə də Trans-Xəzər qaz kəmərindən gedir. Rusiya və İran isə bu layihənin əleyhinədir. Burada təbii ki, maliyyə məsələləri var. Çünki bu bizim kəmərimiz deyil və ona görə də pulumuzu həmin layihəyə xərcləmirik",- deyə politoloq fikirlərinə əlavə edib.
R. Musabəyov onu da vurğulayıb ki, Türkmənistan qazı ancaq öz sərhədində verəcəyini, digər məsələlərə isə qarışmayacağını bəyan edib: "Buna görə də kimsə gəlib maliyyə problemini həll etməli, Rusiya və İranı isə yola verməlidir. Bu məsələdə Aİ hələlik özünü passiv aparır. Bu layihənin tək Xəzərdən deyil, eləcə də Gürcüstandan keçən hissəsi var. Təbii ki, biz kiminsə qazını nəql etməsi üçün pulumuzu xərcləmək niyyətində deyilik. Avropa İttifaqı təxminən 5 milyard avro ayırıb. Bəlkə də bütün layihə üçün ayrılan vəsait kifayət deyil. Avropada bu layihəyə maliyyə ayıra biləcək bir sıra özəl şirkət və banklar var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB