WTI markalı neft bahalaşıb

Fevralın 5-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair mart müqaviləsinin dəyəri 0,47 dollar və ya 0,5% artaraq 1 barelə görə 96,64 dollar olub. SİA-nın xəbərinə görə, fevralın 5-də ICE London qitələrarası birjasında martda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,92 dollar və ya 0,8% artaraq 116,52 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə