Amerikanın böyük "Exxon Mobil" Neft Şirkəti, "alma" texnikası istehsalçısı "Apple"ı qabaqlayaraq dünyanın ən bahalı şirkəti titulunu geri aldı.
SİA-nın məlumatına görə, "Exxon" un səhmləri alqı-satqı nəticəsində praktiki olaraq 0,4% artaraq səhm başına 91,73 dollar təşkil edib. Şirkətin kapitallaşması isə 418,2 mlrd dollara çatıb. "Apple" in səhmləri öz növbəsində 2,4% azalaraq səhm başına 439,88 dollar təşkil edib. Nəticədə "Apple" in kapitallaşması 413 mlrd dollara düşüb ki, bu da onun geriləməsinin əsas səbəbidir.
Qeyd edək ki, "Apple" səhmlərinin dəyəri daima aşağı düşür, ötən ilin sentyabr ayından başlayaraq onun bazar kapitallaşması 250 mlrd dollar azalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB