İKT-nin İnkişaf Fondunun nizamnaməsi!

İKT-nin İnkişaf Fondunun nizamnaməsi!

"Yaxın günlərdə Azərbaycanda İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun nizamnamə layihəsinin təsdiq olunacağı gözlənilir". SİA-nın verdiyi xəbərə görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.

Onun sözlərinə görə, Fondun məqsədi Azərbaycanın İKT sahəsində dövlət siyasətinin həyata keçirilməsinə yardım etmək, sahibkarlıq fəaliyyətini dəstəkləmək, innovasiya və elmi-tədqiqat layihələrini stimullaşdırmaq, müasir infrastrukturun inkişafına təkan vermək, kiçik və orta sahibkarlıq subyektlərinə maliyyə dəstəyi göstərmək, bu sahəyə yerli və xarici investisiyaları cəlb etməkdən ibarətdir.

Xatırladaq ki, Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu dövlət başçısının 2012-ci il 15 mart tarixli sərəncamı ilə yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə